Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

"Qış təlimi - 2023": Azərbaycan pilotları düşmən hədəflərini məhv ediblər

Abunə olmaq
Pilotlarımız Türkiyənin Qars şəhərində keçirilən "Qış təlimi - 2023" təlimlərində hava manevrlərini icra ediblər.
BAKI, 1 fevral — Sputnik. in Səlimov. Azərbaycan pilotları Türkiyənin Qars şəhərində keçirilən "Qış təlimi - 2023" təlimlərində hava manevrlərini icra ediblər.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, təlimlər çərçivəsində pilotlar müxtəlif tapşırıqları yerinə yetiriblər.
Məşqlər zamanı, həmçinin şərti hədəflər məhv edilib.
Qeyd edək ki, 17 ölkədən 1758 nəfərin iştirak etdiyi təlimlərdə həmçinin 651 nəqliyyat və 28 müxtəlif növdə 865 silahdan istifadə olunur. Hazırlıqlar mənfi 17 dərəcə hava şəraitində keçirilir.
Xəbər lenti
0