Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Kartinq üzrə çempionat: Bakı gələcək F1 sürücülərini hazırlayır

Abunə olmaq
Bakıda kartinq üzrə çempionat keçirilib. Bu proqrama həm uşaqlar arasında yarışlar, həm də böyüklərin iştirakı ilə nümayiş turniri daxil edilib. Çempionatın necə keçdiyini Sputnik Azərbaycan-ın reportajında izləyə bilərsiniz.
Çempionat maraqlı və möhtəşəm keçib. Gənc sürücüləri dəstəkləmək üçün onların yaxınları, dostları və bu idman növünün sadəcə həvəskarları çempionata gəlmişdilər.
Hər nominasiya üzrə qaliblər təntənəli şəkildə medal və kuboklarla təltif olunublar. Çempionat Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə keçirilib.
“Baku Karting”in idarəedici direktoru Vüqar Şirinov Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, kartinq son illərdə dünyada ən populyar əyləncələrdən birinə çevrilib. O qeyd edib ki, bu cür açıq aktiv istirahət növü gündəlik həyatda çatışmayan adrenalini almağa və özünüzü avtomobil pilotu kimi hiss etməyə imkan verir.
Şirinov bildirib ki, əvvəllər bura “adrenalin üçün” gəlirdilərsə, son zamanlar peşəkarların sıraları artmağa başlayıb. Üstəlik, avtomobil idmanının inkişafı və təbliği, sürücülərin dünya səviyyəsinə çıxması üçün onların hazırlanması və təhsili də zəruridir.
Xəbər lenti
0