Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sahibə Qafarova İbrahim Bouğalini səfirliyimizə qarşı terror barədə məlumatlandırıb

© Photo : Milli Mejlis of the Azerbaijan RepublicSahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri ilə görüşüb
Sahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri ilə görüşüb
 - Sputnik Azərbaycan, 1920, 30.01.2023
Abunə olmaq
Milli Məclisin sədri Əlcəzairdə səfərdədir.
BAKI, 30 yanvar — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğalini Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı haqqında məlumatlandırıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin sədri bir neçə gün əvvəl – yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı haqqında məlumat verib və qeyd edib ki, bir çox ölkələr bu hadisəni kəskin şəkildə qınayıblar.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb.
Onların vəziyyəti qənaətbəxşdir. Öldürülən baş leytenant O.Əsgərov Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovun oğludur. Onun iki övladı var.
Xəbər lenti
0