CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı şagird Beynəlxalq Olimpiadada qızıl medal qazanıb

© Photo : REPORTQəndab Məmmədova
Qəndab Məmmədova - Sputnik Azərbaycan, 1920, 30.01.2023
Abunə olmaq
Təmsilçimiz Rice Universitetində təşkil edilən olimpiadada 29 ölkənin iştirakçısını qabaqlayaraq birinciliyi əldə edib.
BAKI, 30 yanvar — Sputnik. Azərbaycanlı şagird Qəndab Məmmədova ABŞ-da Beynəlxalq Olimpiadada qızıl medal qazanıb.
"Report"un xəbərinə görə, Kopernik Olimpiadasının Fizika və Astranomiya üzrə qlobal mərhələsində Azərbaycanı Q.Məmmədova təmsil edib.
Təmsilçimiz Rice Universitetində təşkil edilən olimpiadada 29 ölkənin iştirakçısını qabaqlayaraq birinciliyi əldə edib. O, yarış müddətində öz fəallığı ilə seçilib.
Qeyd edək ki, Q.Məmmədova Bakı şəhərində yerləşən 279 nömrəli məktəbin 11-ci sinif şagirdidir.
Xəbər lenti
0