Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan Ordusunun texnikaları "Qış təlimi - 2023" təlimlərində təqdim olunub

Abunə olmaq
Təlimlərdə Azərbaycanla yanaşı, Kosovo və İtaliya Silahlı Qüvvələrinə məxsus silah və hərbi texnika da nümayiş etdirilib.
BAKI, 30 yanvar — Sputnik. Azərbaycan Ordusuna məxsus silah və hərbi texnikalar Türkiyənin Qars şəhərində keçirilən "Qış təlimi - 2023" təlimlərində təqdim olunub.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Təlimlərdə axtarış-xilasetmə, ortaq əməliyyatlarda əməkdaşlıq və koordinasiyanın təmin edilməsi, bölmələrin döyüş qabiliyyətlərinin yoxlanılması, manevr bacarıqları və başqa istiqamətlərdə məşqlər keçirilib.
Təlimlərdə Azərbaycanla yanaşı, Kosovo və İtaliya Silahlı Qüvvələrinə məxsus silah və hərbi texnika da nümayiş etdirilib.
17 ölkədən 1758 nəfərin iştirak etdiyi təlimlərdə, həmçinin 651 nəqliyyat və 28 müxtəlif növdə 865 silahdan istifadə olunur. Hazırlıqlar mənfi 17 dərəcə hava şəraitində keçirilir.
Xəbər lenti
0