SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İranda Azərbaycanın diplomatik nümayəndələrinə qarşı təhdidlər var - XİN

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan, 1920, 29.01.2023
Abunə olmaq
Xələf Xələfov: "Səfirliyin mühafizəsi, səfirlikdə çalışan əməkdaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı İran tərəfinə etibarımız, etimadımız, inamımız yoxdur"
BAKI, 29 yanvar - Sputnik. Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizin İrandakı səfirliyinə hucum faktının araşdırılması üçün rəsmi Tehranla əməkdaşlıq edə biləcəklərini açıqlayıb.
“Təbii ki, belə məsələlərin həll olunmasında dövlətlər arasında əməkdaşlıq həyata keçirilir”, - o, deyib.
Xələf Xələfov bildirib ki, bu cinayətin açılması ilə əlaqədar Azərbaycan beynəlxalq mexanizmlərdən istifadə etməyi planlaşdırır:
“Yaranmış şəraitdə Azərbaycan Prezidenti çətin də olsa bu qərarı qəbul etdi ki, Tehrandakı səfirliyimiz təxliyə olunmalıdır. Əlbəttə hər hansı ölkədə səfirliyin, diplomatik nümayəndəliyin fəaliyyətini dayandırması çox məsuliyyətli qərardır.
Amma siz bilməlisiniz ki, biz bunu İran tərəfinin də nəzərinə çatdırmışıq, səfirliyimizin mühafizəsi, səfirlikdə çalışan əməkdaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı İran tərəfinə etibarımız, etimadımız, inamımız yoxdur.
Nə üçün bunu deyirik? Çünki dəfələrlə biz İran tərəfinin nəzərinə çatdırmışdıq ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı İran ərazisində təhdidlər var. İran tərəfindən tələb etmişdik ki, mühafizə, təhlükəsizlik tədbirlərini artırsınlar. Dünən baş verən hadisə onu göstərir ki, İran buna etinasız, məsuliyyətsiz yanaşıb və bu terror aktı baş verib”.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.
Azərbaycanın İrandakı səfirliyi - Sputnik Azərbaycan, 1920, 29.01.2023
SİYASƏT
Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb, Təbriz konsulluğu isə işləyəcək
Xəbər lenti
0