CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənilərin dağıtdığı, yenidən tikilən evlərə mülkiyyət hüququ rəsmiləşdirildi

© Sputnik / Emin AlisahibAğdamda yaşayış binalarının inşası
Ağdamda yaşayış binalarının inşası - Sputnik Azərbaycan, 1920, 27.01.2023
Abunə olmaq
Ölkə başçısının Fərmanının icrası ilə əlaqədar 1792 yaşayış sahəsinə dair vətəndaşların mülkiyyət hüquqları qeydiyyata alınıb.
BAKI, 27 yanvar — Sputnik. Dövlət başçısının "Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi" haqqında 7 aprel 2022-ci il tarixli Fərmanının icrası istiqamətində tədbirlər davam etdirilir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, yanvarın 27-də Ağdam rayonunun Çəmənli kəndinin və ətraf kəndlərin sakinləri üçün səyyar qeydiyyat xidmətləri göstərilib. Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindən uzaqda yerləşən dinc yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində dağıdılan və yararsız vəziyyətə düşən yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilən yaşayış evlərinin sənədləşdirilməsi aparılıb.
Qeyd edək ki, Ağdam rayonunda Fərmanın əhatə etdiyi və yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim olunan 283 evin sənədləri ilə bağlı müraciətlər qəbul olunub. Belə tədbirlər vətəndaşlara heç bir quruma getmədən, əlavə vaxt itkisi olmadan daşınmaz əmlaka dair çıxarışları əldə etmək imkanı yaradır. Bütün bunlar isə vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq və şəffaflığın artmasına səbəb olur.
Yerli icra hakimiyyətlərinin təqdim etdiyi məlumatlar əsasında Xidmətin rəsmi saytında Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və mənzillərin üzərində mülkiyyət hüququ rəsmiləşdiriləcək şəxslərin siyahısı yerləşdirilib, Fərmanın əhatə etdiyi şəhər və rayonların siyahısı, vətəndaşların adı qeyd edilib.
Bu günədək Fərmanın icrası ilə əlaqədar 1792 yaşayış sahəsinə dair vətəndaşların mülkiyyət hüquqları qeydiyyata alınıb.
Əmlak Məsələləri Dövlət Xidməti səyyar qeydiyyat xidmətlərinin göstərilməsini davam etdirəcək. Qeyd edək ki, linkə keçid etməklə siyahı ilə tanış olmaq mümkündür: (https://clck.ru/33Mfb4)
Xəbər lenti
0