CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Beş nəfərin valideyn hüquqlarının məhdudlaşdırılması haqqında iddia qaldırılıb

© AFP 2023 / LOIC VENANCEAna övladları ilə birgə, arxiv şəkli
Ana övladları ilə birgə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.01.2023
Abunə olmaq
Baş Prokurorluqda 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
BAKI, 27 yanvar — Sputnik. Prokurorluq 5 nəfərin valideyn hüquqlarının məhdudlaşdırılması haqqında iddia qaldırıb. Bu barədə bu gün Baş Prokurorluğun geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev bildirib.
Cinayət təqibindən kənar icraatlar sahəsi üzrə fəaliyyətə toxunan Baş prokuror bildirib ki, hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat üzrə 13029 işə baxılmasında prokurorluq işçiləri iştirak edib.
Vurğulanıb ki, qanun pozuntularını, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair 92 şəxs barəsində təqdimat verilib, 87 şəxsə isə qanun pozuntularından çəkindirmək məqsədilə xəbərdarlıq edilib, həmçinin, sosial təhlükədə olan 6 uşaq üzrə 5 valideyn barəsində valideyn hüquqlarının məhdudlaşdırılması haqqında 5 məhkəmədə mülki iddia qaldırılıb.
Həmçinin, qeyd olunub ki, hesabat dövründə prokurorluq orqanları tərəfindən inzibati xəta haqqında iş üzrə 1457 icraat başlanıb.
Ötən illərdən bağlı qalan 17 qəsdən adam öldürmə cinayəti açılıb
2022-ci ildə daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 17 cinayət işinin açılması təmin edilib.
Baş Prokuror Kamran Əliyev bildirib ki, onlardan 14 iş üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, digərləri üzrə istintaq tədbirləri davam etdirilir:
"1 may 2020-ci il tarixdən hazırkı vaxtadək əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 27 qəsdən adam öldürmə cinayəti açılıb. Onlardan 24-ü məhkəməyə göndərilməklə 15 iş üzrə ittiham hökmü çıxarılıb, digərləri məhkəmə baxışındadır".
Ötən il Azərbaycanda 7794 oğurluq olub
K.Əliyev bildirib ki, oğurluq hadisələrində ötən illə müqayisədə azalma müşahidə olunub: “2021-ci ildə oğurluq cinayətlərinin sayı 6207 olub”.
Ötən il Azərbaycanda dələduzluq cinayətlərinin sayı açıqlanıb
K.Əliyev qeyd edib ki, ötən il 3414 cinayət faktı, 2021-ci ildə isə 4246 cinayət faktı qeydə alınıb.
2022-ci ildə korrupsiyaya yol verən 45 şəxs cinayət başında yaxalanıb
Kamran Əliyev qeyd edib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya hüquqpozmaları ilə bağlı 341 cinayət işi başlanıb, 274 şəxs barəsində 209 iş üzrə icraat tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib: "Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 27 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq, hüquqi şəxslər və onun rəhbərləri məhkəmə məsuliyyətinə verilib".
"Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən 37 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 45 şəxs cinayət başında yaxalanmış, habelə 12 nəfər axtarışda olan şəxs tutulub", - K.Əliyev vurğulayıb.
Prokurorluq tərəfindən verilmiş 720 protest təmin olunub
Baş prokuror qeyd edib ki, prokurorluq orqanları tərəfindən verilən 720 protest məhkəmələr tərəfindən təmin olunub.
O bildirib ki, dövlət ittihamçılarının iştirakı ilə məhkəmələrdə baxılmış 989 cinayət işi üzrə apellyasiya, 787 cinayət işi üzrə isə kassasiya protestləri verilib, 563 apellyasiya protesti və 157 kassasiya protesti təmin edilib: "Ötən il məhkəmələrdə 24396 şəxs barəsində cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib. Dövlət ittihamının müdafiəsi sahəsində prokurorluq orqanlarının iştirakı ilə bütün instansiya məhkəmələri üzrə cəmi 24396 şəxs barəsində 21512 cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib".
2022-ci ildə prokurorluq orqanları tərəfindən 71,5 milyon manatdan çox ziyan ödətdirilib.
Kamran Əliyev bildirib ki, prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 100 milyon 609 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 71%-nin, yəni 71 milyon 566 min manat hissəsinin ödənilməsinə nail olunub.
Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 20 milyon 213 min manat məbləğində pul vəsaitinin ödənilməsinə nail olunub.
(APA)
Xəbər lenti
0