Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ Rusiyanı strateji məğlubiyyətə uğratmaq istəyini açıqlayıb – Rusiya XİN

© Sputnik / Максим БлиновABŞ Rusiya
ABŞ Rusiya - Sputnik Azərbaycan, 1920, 25.01.2023
Abunə olmaq
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyində bildiriblər ki, reallığı görməmək mümkün deyil.
BAKI, 25 yanvar — Sputnik. ABŞ birmənalı şəkildə Rusiyaya strateji məğlubiyyət vermək istəyini bəyan edib. Reallığı görməmək mümkün deyil.
Bu barədə "RİA Novosti"yə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanskinin Qərbin "hələ bütün qırmızı xətləri keçmədiyi" sözlərini şərh edən XİN qeyd edib ki, "ölkəmizə qarşı Sergey Lavrovun bu yaxınlarda ətraflı bəhs etdiyi hibrid müharibə gedir".
"Qırmızı xətlərlə bağlı müzakirələr keçmişdə qalıb. ABŞ Rusiyanı strateji məğlubiyyətə uğratmaq istəyini birmənalı şəkildə bəyan edib. Reallığı görməmək mümkün deyil", - deyə Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 25.01.2023
RUSİYA
Zaxarova Kiyevdə kadr dəyişikliyini belə şərh etdi
Xəbər lenti
0