CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qurani-Kərimi" yandırılmasına QMİ rəsmisindən sərt açıqlama

© Sputnik / Rahim MuradovŞah Təhmasib Səfəvi tərəfindən hazırlatdıran Quran
Şah Təhmasib Səfəvi tərəfindən hazırlatdıran Quran - Sputnik Azərbaycan, 1920, 23.01.2023
Abunə olmaq
Hacı İlham Səlimov bildirib ki, müsəlmanların arasında hiddət yaratmaq üçün Qərbdə instititlar yaradılıb, onlar buna proqramlaşdırılıb.
BAKI, 23 yanvar — Sputnik. İsveçin paytaxtı Stokholmda "Qurani-Kərim"in yandırılması birmənalı qarşılanmır. Qərbin islam dünyasını təhqir etməyə hesablanmış bu addımının dəfələrlə təkrarlanması düşünülmüş həyata keçirilən siyasət hesab edilir.
Azərbaycanda da dindarlar Danımarkanın "Sərt kurs" partiyasının sədri Rasmus Paludan Türkiyənin bu İsveçdəki səfirliyinin qarşısında "Qurani-Kərim" kitabını yandırmasını sərt tənqid edirlər.
Qafqaz Müsəlmanları İdarəsinin qazisi, Əjdərbəy məscidinin axundu Hacı İlham Səlimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Qərb islam dinin gücündən, dünyada qəbul edilməsindən narahatlıq keçirir: "Bu Qərbin bir daha acizliyini göstərdi. İslam dininə etiqad edənlərin sayının günü-gündən artması, güclənməsi Qərbi narahat edir. Onlar bunu bilir, amma aciz olduqlarından müsəlmanların müqəddəs kitabı olan "Qurani-Kərim"i yandırırlar. Bunu müsəlmanların arasında böyük qarşıdurma yaratmaq niyyəti ilə edirlər. Amma bizim dinimizin böyüklüyü bundadır ki, biz bütün səmavi kitablara, dinlərə qarşı dözümlüyük, onlara hörmətlə yanaşırıq. Heç bir dinin daşıyıcısına qarşı aqressiv deyilik. "Qurani-Kərim" dən başqa bütün səmavi kitabları xoş niyyətlə qəbul edirik. Orada peyğəmbərlərin, Allahın adı olduğundan hörmətlə yanaşırıq".
H.İlham Səlimov qeyd edib ki, bu, dünyada islama qarşı aparılan islamafobiyanın tərkib hissəsidir. Onun sözlərinə görə, hətta Avropada insanlar İslam dinin nuruna sığınır: "Müsəlmanların arasında hiddət yaratmaq üçün Qərbdə instititlar yaradılıb, onlar buna proqramlaşdırılıb. Bu addımların heç biri plansız həyata keçirilmir. Qərbin bu hərəkəti ksenofobiyanın növbəti nümunəsidir".
Xatırladaq ki, yanvarın 21-də İsveçin dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı Qurani-Kərim yandırılıb.
Onu da yada salaq ki, dəfələrlə Qərbdə "Qurani-Kərim" in yandırılması hadisələri törədilib. Amerkanın Tennesi ştatında iki Quran yandırılıb.
Xəbər lenti
0