CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Masallıda iki gecəyə 8 evi yağmaladılar: Polis oğru dəstəsinin üzvlərini saxlayıb

CC0 / lechenie-narkomanii / rubberВор, фото из архива
Вор, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.01.2023
Abunə olmaq
Araşdırmalar zamanı eyni adamların həmin kənddə yerləşən daha bir neçə yaşayış evindən oğurluq etdikləri məlum olub.
BAKI, 22 yanvar - Sputnik. Masallıda 2 gecədə 8 evdən oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun yaydığı məlumata görə, Masallı rayonunun Çaxırlı kəndindəki yaşayış evlərindən birindən 1 150 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən Çaxırlı kənd sakinləri Qəfər Əhmədi, Elton Seyfulla və Mehrab Abdullayev müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla onların həmin kənddə yerləşən daha bir neçə yaşayış evindən oğurluq etdikləri məlum olub. Belə ki, Q.Əhmədi, E.Seyfulla və M.Abdullayev əsasən yaşayış olmayan evləri seçərək 2 gecə ərzində ümumilikdə 8 evdən məişət əşyalarını oğurlayıb müxtəlif ünvanlarda satıblar. Onların hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktlarla bağlı araşdırma aparılır.
Xəbər lenti
0