CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Media orqanları hansı hallarda cərimələnəcək?

© AFP 2023 / FRANCOIS GUILLOTjurnalist
jurnalist - Sputnik Azərbaycan, 1920, 19.01.2023
Abunə olmaq
Azərbaycanda media orqanları tərəfindən təkzib, cavab və düzəliş verilməsi qaydasını pozanlar, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edənlər və loqotipini Audovizual Şuranın razılığı olmadan dəyişdirən media orqanları cərimələnəcək.
BAKI, 19 yanvar — Sputnik. Azərbaycanda jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edənlər 600 manatadək cərimələnəcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.
Dəyişikliklə jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə 300 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Bundan başqa, Azərbaycanda media orqanları tərəfindən təkzib, cavab və düzəliş verilməsi qaydasını pozanlar 1500 manat cərimələnəcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin "Media Haqqında" qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ediləcək.
Loqotipini Audovizual Şuranın razılığı olmadan dəyişdirən media orqanları cərimələnəcək. Dəyişikliklə audiovizual media subyektlərinin redaksiyasının loqotipinin (embleminin) Audiovizual Şuranın razılığı olmadan dəyişdirilməsinə görə vəzifəli şəxslər 400 manatdan 600 manatadək, hüquqi şəxslər 800 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək.
Büdcədən maliyyələşən televiziyalar auditoriya həcminin reytinqini müəyyənləşdirməsə 4 000 manat cərimələnəcək.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən dövlət büdcəsindən maliyyələşən audiovizual yayımçılar (sifarişli yayım xidməti istisna olmaqla) tərəfindən auditoriya həcminin reytinq ölçən təşkilat vasitəsilə müyyənləşdirilməsinin təmin edilməməsinə görə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 2000 manatdan 4000 manatdək məbləğdə cərimələnəcək.
Xəbər lenti
0