Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: Rusiya və Belarusun xüsusi hərbi əməliyyatla bağlı vahid mövqeyi var

© AFP 2023 / YURI KOCHETKOVLavrov
Lavrov - Sputnik Azərbaycan, 1920, 19.01.2023
Abunə olmaq
Lavrov Lukaşenko ilə xüsusi hərbi əməliyyat çərçivəsində Ukraynada baş verən hadisələr ətrafında vəziyyətin necə inkişaf etdiyinə dair fikir mübadiləsi aparıb.
BAKI, 19 yanvar — Sputnik. Nigar Sədrəddinova. Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatında (XHƏ) hansı məqsədlərə nail olmağın vacibliyinə dair Rusiya və Belarus vahid mövqeyə malikdirlər.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra jurnalistlərə bildirib.
"Biz xüsusi hərbi əməliyyatımız çərçivəsində Ukraynada baş verən hadisələr ətrafında vəziyyətin necə inkişaf etdiyinə dair fikir mübadiləsi apardıq", - deyə Lavrov qeyd edib.
"Hansı məqsədlərə və onlara necə nail olmaq barədə, o cümlədən nə Rusiyaya münasibətdə, nə də Belarusa münasibətdə qonşularımızdan heç bir təhdid gəlməməsi ilə bağlı vahid mövqeyimiz var", - deyə xarici işlər naziri əlavə edib.
Xəbər lenti
0