CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda dövlət qulluqçularının reyestri aparılacaq

© AFP 2023 / ANTHONY WALLACEMəmur
Məmur - Sputnik Azərbaycan, 1920, 19.01.2023
Abunə olmaq
Qanunun 15-3.3-cü maddəsində nəzərdə tutulan qaydanın tələblərinin pozulması qanunla nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olacaq.
BAKI, 19 yanvar — Sputnik. Azərbaycanda dövlət qulluqçularının reyestri aparılacaq. Bununla bağlı "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik təklif edilir.
Dəyişikliklə qanuna yeni - Dövlət qulluqçularının reyestri maddəsi əlavə olunur. Yeni maddəyə əsasən, dövlət qulluqçularının reyestri dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddəti ilə qulluğa qəbul edilmiş şəxslər, habelə dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatlardan ibarət dövlət informasiya ehtiyatıdır.
Dövlət qulluqçularının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.
Qanunun 15-3.3-cü maddəsində nəzərdə tutulan qaydanın tələblərinin pozulması qanunla nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olacaq.
Xəbər lenti
0