Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kirayə mənzillər ucuzlaşmayacaq - Dəyişikliyin qiymətə təsiri yoxdur

© Official website of President of Azerbaijan Republicipoteka
ipoteka - Sputnik Azərbaycan, 1920, 18.01.2023
Abunə olmaq
BAKI, 18 yanvar — Sputnik. İqtisadçı-deputat Vüqar Bayramovun kirayə mənzillərlə bağlı son açıqlaması ev almaq arzusunda olanlar tərəfindən böyük maraqla qarşılandı. Millət vəkili bildirib ki, Vergi Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi əməliyyatı ƏDV-dən azad edilir. Onun sözlərinə görə, burada söhbət kirayə üzrə əməliyyatın 18.0 faizlik vergidən azad edilməsindən gedir: "Bu qaydalar yanvar ayından qüvvəyə minib. Yeni güzəştlər fond tərəfindən təqdim edilən kirayə evlərin xərcinin azalmasına gətirib çıxaracaq".
O qeyd edib ki, qanundakı dəyişikliklər həmin mənzillərin daha aşağı qiymətlərlə kirayə təklif olunmasına səbəb ola bilər.
Millət vəkili Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bütövlükdə kirayə mənzillər üzrə əməliyyatın ƏDV vergisindən azad edilməsi 2023-cü ildən Vergi Məcəlləsinə daxil edildi: "Ölkə başçısının imzaladığı fərmanla da bu məsələlər artıq təsdiqini tapıb. Vergidən azadolma, ƏDV ilə bağlı məsələlə Vergi Məcəlləsi ilə tənzimlənir. Nazirlər Kabinetinin qərarları ilə idxalda vergi dərəcələrinin dəyişməsini və ya vergidən azadolma ilə bağlı qərarların qəbulunu müşahidə edirik".
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əslində bu sadəcə olaraq texniki dəyişikliklədir, yəni, fond bundan öncə də vergidən azad olub. Bu səbəbdən ekspert bildirir ki, texniki olaraq baş verən dəyişikliklərin qiymətlərə hansısa təsiri olmayacaq: "18 faiz ƏDV-ni yalnız tikinti şirkətləri ödəyir. İpoteka və Kredit Fondu vergidən azaddır. Ümumiyyətlə, təkrar alqı-satqılarda da ƏDV olmur".
"Yəni, bu dəyişikliyin bazara heç bir təsiri yoxdur", - deyə o əlavə edib.
Xatırladaq ki, bu günədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 2 970 vətəndaşla kirayə müqaviləsi bağlanıb. Vergi güzəştləri fonunda mənzillərin kirayə qiymətlərinin azalması baş verərsə, daha çox vətəndaşımızın bu imkandan yararlanmasına səbəb ola bilər. Belə ki, indiyədək bu mənzillərə sahib olmada aylıq ödəniş məbləğinin yüksək olması əsas maneə kimi dəyərləndirilirdi. Mənzillər Bakı ilə yanaşı, Sumqayıtda da təklif olunur. Bu ay Sumqayıtda 208 mənzil satın almaq məqsədilə kirayəyə təklif olunacaq. Mənzil seçimi yanvarın 18-dən başlayacaq. Vergi güzəştlərinin mənzillərin xərcinə təsir edəcəyi istisna edilmir".
Xəbər lenti
0