Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan döyüşçüsü Rafael Fiziyevin UFC-də növbəti görüşünün vaxtı açıqlanıb

Rafael Fiziyev - Sputnik Azərbaycan, 1920, 18.01.2023
Abunə olmaq
Təmsilçimiz martın 18-də İngiltərənin paytaxtı Londonda ABŞ idmançısı Castin Qeydjiyə qarşı gücünü sınayacaq.
BAKI, 18 yanvar — Sputnik. Azərbaycanın qarışıq döyüş sənəti (MMA) üzrə döyüşçüsü Rafael Fiziyevin UFC-də (Mütləq Döyüş Çempionatı) keçirəcəyi növbəti görüşün vaxtı açıqlanıb.
UFC idman təşkilatının məlumatına görə, təmsilçimiz martın 18-də İngiltərənin paytaxtı Londonda 286 nömrəli turnirdə gücünü sınayacaq.
Turnirin əsas döyüşündə R.Fiziyevin rəqibi ABŞ idmançısı Castin Qeydji olacaq.
Qeyd edək ki, R.Fiziyev ötən il Rafael Dos Anosa qalib gəlib, C.Qeydji isə Çarlz Oliveyraya (hər ikisi Braziliya) uduzub.
Xəbər lenti
0