Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak edirlər

 Qış-2021 təlimləri - Sputnik Azərbaycan, 1920, 17.01.2023
Abunə olmaq
"Qış-2023" təlimləri 3-cü ordu korpusunun komandanlığı altında Türkiyə ordusunun 14-cü motoatıcı briqadasının bazasında həyata keçirilir.
BAKI, 17 yanvar — Sputnik. Türkiyə ordusu və daha 7 ölkənin hərbçiləri Ermənistanla sərhədə yaxın ərazidə yerləşən Qarsda birgə təlimlər keçirir.
Türkiyə KİV-in məlumatına görə, "Qış-2023" təlimləri 3-cü ordu korpusunun komandanlığı altında Türkiyə ordusunun 14-cü motoatıcı briqadasının bazasında həyata keçirilir. Təlimlərdə Azərbaycan hərbçiləri də iştirak edirlər.
Hərbi təlimlər 2023-cü il fevralın 2-dək keçiriləcək, onların vəzifəsi koordinasiya səviyyəsini artırmaq, atəş imkanlarını sinxronlaşdırmaq, yerləşmə, ərzaq, təchizat və geyim formaları kimi əsas məsələlər üzrə qoşunları hazırlamaqdır.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Milli Müdafiə Nazirliyi "Qış-2023" hərbi təlimində iştirak edəcək Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman hərbçiləri Qarsa çatdığını açıqlamışdı.
"Qardaşlarımıza xoş gəldin deyir, onlara birgə keçirəcəyimiz hərbi təlimdə uğurlar diləyirik", - məlumatda vurğulanıb.
Xəbər lenti
0