CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb

© Photo : REPORTAftandil İsrafilov
Aftandil İsrafilov - Sputnik Azərbaycan, 1920, 17.01.2023
Abunə olmaq
Aftandil İsrafilov ötən ilin dekabrının 2-də xəstəxanaya yerləşdirilib.
BAKI, 17 yanvar - Sputnik. Qarmon ifaçısı Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.
Bu barədə APA-ya sənətçinin həyat yoldaşı Zemfira İsrafilova məlumat verib.
Onun sözlərinə görə, Xalq artistinin səhhəti yaxşılaşmağa doğru gedir.
"Müalicələr davam etdirilir. Hazırda xəstəxanadadır. Hələlik, evə buraxılması barədə həkimlər bir söz demir. Amma əvvəlkinə baxanda yaxşıdır", - o vurğulayıb.
Qeyd edək ki, Aftandil İsrafilov ötən ilin dekabrının 2-də xəstəxanaya yerləşdirilib. O, bundan öncə də kəskin plevrit səbəbi ilə xəstəxanaya yerləşdirilmiş, daha sonra yaxşılaşaraq evə buraxılmışdı.
Xəbər lenti
0