DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Leyen bu sözlərə görə tənqid edildi

© AFP 2023 / FILIPPO MONTEFORTEUrsula fon der Lyayen
Ursula fon der Lyayen  - Sputnik Azərbaycan, 1920, 15.01.2023
Abunə olmaq
Sosial mediada fon der Lyayenin Avropa vergilərindən ödənilən maaşına layiq olub-olmaması ilə bağlı suallar səsləndirilib.
BAKI, 15 yanvar - Sputnik. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukraynanın Avropa ilə Rusiya arasında normal münasibətlərdən daha üstün olması haqqında sözlərinə görə sosial şəbəkələrdə tənqidlərə məruz qalıb. Bu barədə “RİA Novosti” xəbər verir.
“ABŞ-ın bəyan etdiyi “onlar bizə qarşıdır” ritorikasını dayandırın. Bu, yalnız Avropaya zərər verir. Rusiya həmişə yaxşı biznes tərəfdaşı olub, ona görə də sülh müqaviləsi bağlayın və gəlin yenidən Moskva ilə iş görək”, - deyə şərhlərdə yazıblar.
Sosial mediada fon der Lyayenin Avropa vergilərindən ödənilən maaşına layiq olub-olmaması ilə bağlı suallar səsləndirilib.
Bundan əlavə, şərhlərdə Avropa Komissiyasının rəhbəri Avropa vətəndaşlarının deyil, Ukraynanın maraqlarını prioritet kimi qoymaqda ittiham olunub.
Xəbər lenti
0