DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran Böyük Britaniyaya nota verib

© Sputnik / Sergey Mamontov / Mediabanka keçidİran bayraqları
İran bayraqları - Sputnik Azərbaycan, 1920, 14.01.2023
Abunə olmaq
Britaniya səfirinə İngiltərənin qeyri-ənənəvi, o cümlədən İran İslam Respublikasının milli təhlükəsizliyinə müdaxilələri ilə bağlı nota təqdim olunub.
BAKI, 14 yanvar - Sputnik. Böyük Britaniyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın məlumatına görə, İngiltərənin Tehrandakı səfiri Saymon Şerklif İran XİN-ə çağırılıb.
Ona İngiltərənin qeyri-ənənəvi, o cümlədən İran İslam Respublikasının milli təhlükəsizliyinə müdaxilələri ilə bağlı nota təqdim olunub.
Qeyd edək ki, İran məhkəməsi ölkənin müdafiə nazirinin keçmiş müavini Əlirza Əkbəri barədə ölüm hökmu çıxarıb. İranın Məhkəmə Sistemi onun edam olunduğunu açıqlayıb.
Məlumata görə, Əlirza Əkbəri ölkənin önəmli məlumatlarını toplayaraq məqsədli şəkildə Britaniya kəşfiyyatına təhvil verib. Rəsmi açıqlamada bildirilir ki, o, casusluq qarşılığında 1,8 milyon avro, 265 min funt-sterlinq və 50 min dollar pul alıb.
İkili vətəndaşlığı olan (İran və Britaniya) Əlirza Əkbəri 2000-ci illərin əvvəllərində İranın o vaxtkı müdafiə naziri Əli Şəmxaninin müavini olub.
Böyük Britaniyanın Baş naziri Rişi Sunak edamı "vəhşi və qorxaq hərəkət" adlandırıb: “Bu, öz xalqının insan haqlarına hörmətlə yanaşmayan rejimin vəhşiliyi və qorxaqlığıdır. Düşüncələrim Əlirzanın dostları və ailəsi ilədir”.
Xəbər lenti
0