Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda 3 nəfər dəm qazından zəhərlənib, ölən var

© pixabay / PublicDomainPicturesQaz
Qaz - Sputnik Azərbaycan, 1920, 14.01.2023
Abunə olmaq
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
BAKI, 14 yanvar - Sputnik. Bakıda 3 nəfər dəm qazından zəhərlənib, ölən var.
"Report"un xəbərinə görə, hadisə yanvarın 13-də paytaxtın Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1982-ci il təvəllüdlü Məmməd Qənbərov kirayə yaşadığı fərdi yaşayış evinin hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb.
Bundan başqa, onunla eyni ünvanda kirayə yaşayan 2008-ci il təvəllüdlü Vəli Qarayev və 1987-ci il təvəllüdlü Gülnarə Qarayeva dəm qazından zəhərlənmə diaqnozu ilə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbər lenti
0