Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xocavənddə sursat partlayıb, çoban ölüb

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidPartlayış, arxiv şəkli
Partlayış, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.01.2023
Abunə olmaq
Ərazidə heyvan otaran çoban, 1971-ci il təvəllüdlü Elşən Hümbətov ərazidən tapdığı partlayıcı sursatla ehtiyatsız davrandığından partlayış baş verib.
BAKI, 13 yanvar — Sputnik. Xocavənd rayonu ərazisində sursat partlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, hadisə Ağburun adlanan ərazidə qeydə alınıb.
Ərazidə heyvan otaran çoban, 1971-ci il təvəllüdlü Elşən Hümbətov ərazidən tapdığı partlayıcı sursatla ehtiyatsız davrandığından partlayış baş verib. Nəticədə çoban hadisə yerində ölüb.
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə gedərək baxış keçiriblər. Hadisə yerində təhlükəsizlik tədbirləri görüldükdən sonra E.Hümbətovun meyiti ərazidən götürülərək morqa təhvil verilib.
Xəbər lenti
0