CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtobusu isitmək üçün qaz balonu yandırdı - Video

© Sputnik / Ismayil RafigogluAvtobus, arxiv şəkli
Avtobus, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.01.2023
Abunə olmaq
Sürücünün sözlərinə görə, qaz balonu mikroavtobusa əyləşən sərnişinlərdən birinə aiddir və balonu salonun isti olması üçün yandırıb.
BAKI, 12 yanvar — Sputnik. Sosial şəbəkədə marşrut avtobusunda qaz balonunun yandırılması ilə bağlı görüntülər yayılıb. Görüntülərin Cəlilabad rayonunda çəkildiyi iddia edilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Avtosfer.az-a bildirilib ki, məsələ araşdırılıb və sürücünün kimliyi müəyyən olunub. Qeyd olunub ki, "Mercedes Benz" markalı, 10-OG-584 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü Bağırov Yaşar Bağır oğludur. Onun barəsində müvafiq tədbir görülüb.
Sürücünün sözlərinə görə, qaz balonu mikroavtobusa əyləşən sərnişinlərdən birinə aiddir və balonu salonun isti olması üçün yandırıb. Buna baxmayaraq, belə təhlükəli hərəkətin təkrar baş verməməsi üçün sürücü dərhal xətdən kənarlaşdırılıb.
Xəbər lenti
0