SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

KTMT sülhməramlılarının Qarabağa gəlməsi real deyil - Paşinyan

© AFP 2023 / KTMT hərbçiləri
KTMT hərbçiləri - Sputnik Azərbaycan, 1920, 10.01.2023
Abunə olmaq
Rusiya sülhməramlılarının mandatının uzadılması və ya mandatı başa çatdıqdan sonra digər qüvvələrin cəlb edilməsi barədə suala cavab olaraq Paşinyan tələsməməyə çağırıb.
BAKI, 10 yanvar — Sputnik. KTMT sülhməramlı missiyasının Qarabağa gətirilməsi ideyası həyata keçirilə bilməz. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
Paşinyan qeyd edib ki, təşkilatın bəzi ölkələrinin obyektivliyinə şübhələri var. Onun sözlərinə görə, onlar de-yure Ermənistanın müttəfiqidirlər, faktiki olaraq Azərbaycana daha yaxındırlar, onunla iqtisadi və siyasi əlaqələri inkişaf etdirirlər. Bu baxımdan onların gəlişi vəziyyəti daha da çətinləşdirəcəkdi.
Rusiya sülhməramlılarının mandatının uzadılması və ya mandatı başa çatdıqdan sonra digər qüvvələrin cəlb edilməsi barədə suala cavab olaraq Paşinyan tələsməməyə çağırıb.
"Biz 4,5 ilin yekunlarına əsasən baş verənləri dəyərləndirməliyik. Bizim vəzifəmiz Qarabağdakı etnik ermənilərin təhlükəsizliyini və hüquqlarını təmin etməkdir. Yəni, bu məqsəd bizim üçün vacibdir. Bu məqsədə çatmaq üçün ən təsirli vasitələrdən istifadə etmək lazımdır", - Paşinyan bildirib.
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 10.01.2023
SİYASƏT
Paşinyan: Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayan ölkə olmayıb
Xəbər lenti
0