DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan: “Türkiyənin Yunanıstana zərbə endirmək planı yoxdur”

© AFP 2023 / GOH CHAI HINTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.01.2023
Abunə olmaq
Türkiyənin NATO müttəfiqi olan Yunanıstan Egeydəki adaların hərbiləşdirilməsi siyasətindən əl çəkməlidir
BAKI, 7 yanvar - Sputnik. “Türkiyənin Yunanıstana zərbə endirmək planı yoxdur və yalnız hücuma məruz qalacağı təqdirdə cavab verəcək”.
“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Onun sözlərinə görə, Türkiyənin NATO müttəfiqi olan Yunanıstan Egeydəki adaların hərbiləşdirilməsi siyasətindən əl çəkməlidir:
“Biz 561 km mənzilli “Tayfun” ballistik raketini buraxdıq. Yunanıstanda bu çaxnaşmaya səbəb oldu, yerli qəzetlər yazmağa başladılar ki, onlar (türklər - Red) bizi vuracaqlar. Əsas odur ki, Egeydə bizimlə işiniz olmasın. Siz bunu etməyin və bizim sizinlə işimiz olmayacaq”.
Türkiyə milli müdafiə naziri Hulusi Akar  - Sputnik Azərbaycan, 1920, 02.01.2023
DÜNYA XƏBƏRLƏRİ
Akar: Yunanıstan Türkiyə ilə münasibətlərdə gərginlik yaratmağa çalışır
Xəbər lenti
0