Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiyanin atəşkəsinə Ukrayna əməl etmədi: USQ-nin atəş mövqeləri susduruldu

© AFP 2023 / BULENT KILICUkrayna
Ukrayna  - Sputnik Azərbaycan, 1920, 06.01.2023
Abunə olmaq
Bundan əlavə, gün ərzində Rusiyanın hava hücumundan müdafiəsi Zaporojye vilayətində HIMARS reaktiv yaylım atəş sisteminin səkkiz raketini ələ keçirib.
BAKI, 6 yanvar — Sputnik. Ötən sutka ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri beş Ukrayna pilotsuz təyyarəsini və səkkiz HIMARS RYAS mərmisini vurub, "DXR"də Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarələri Ukraynanın Su-25 təyyarəsini məhv edib. Müdafiə Nazirliyinin məlumatları Moskva vaxtı ilə saat 11:00-a olan atəşkəs rejiminin tətbiqindən əvvələ aiddir.

"Hava hücumundan müdafiə sistemləri bir gün ərzində Novokrasnyanka, Kremennaya, "Luqansk Xalq Respublikası" və Xerson vilayətinin Zavodovka yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus 5 pilotsuz uçuş aparatını məhv edib", - məlumatda deyilir.

Bundan əlavə, gün ərzində Rusiyanın hava hücumundan müdafiəsi Zaporojye vilayətində HIMARS reaktiv yaylım atəş sisteminin səkkiz raketini ələ keçirib.
Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarələri "Donetsk Xalq Respublikası"nın Maryevka kəndi yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsini vurub.
Rusiya Federasiyası Silahlı Qüvvələri yanvarın 6-da Moskva vaxtı ilə saat 12:00-dan etibarən xüsusi hərbi əməliyyat zonasında bütün cəbhədə atəşkəs elan edib.
"Rusiya Federasiyası Prezidentinin və Rusiya Müdafiə Nazirinin göstərişinə uyğun olaraq, yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 24:00-dək Ukrayna üzrə tərəflər arasında bütün təmas xətti boyunca Rusiya Qoşunlarının (Qüvvələrinin) Birgə Qrupunda xüsusi hərbi əməliyyatın keçirildiyi ərazidə atəşkəs elan edilib", - nazirlik bildirib.
Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, Kiyev rejimi Rusiya Silahlı Qüvvələrinin tətbiq etdiyi atəşkəsə baxmayaraq, atəşi davam etdirir, Ukrayna artilleriyası cavab atəşi ilə dəqiq şəkildə susdurulub.
"Rusiya qoşun qruplaşmasının yanvarın 6-sı, Moskva vaxtı ilə saat 12:00-dan atəşkəs rejiminə riayət etməsinə baxmayaraq, Kiyev rejimi yaşayış məntəqələrini və Rusiya qoşunlarının mövqelərini atəşə tutmağa davam edib", - Müdafiə Nazirliyi bildirib.
Müdafiə Nazirliyi qeyd edib ki, Ukrayna qoşunları Krasno-Limanski istiqamətində Rusiyanın mövqelərinə dörd minaatan, "LXR"in Beloqorovka bölgəsində isə üç artilleriya hücumu həyata keçirib. Zaporojye vilayətinin Novopavlovka qəsəbəsi ərazisindən Ukrayna hərbçiləri 8 atəş açıb.
"Ukrayna Silahlı Qüvvələrinin atəşə açdığı mövqelər Rusiya qoşunlarının cavab atəşi ilə susdurulub", - Müdafiə Nazirliyi qeyd edib.
Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib: 360 təyyarə, 199 helikopter, 2839 pilotsuz uçuş aparatı, 400 zenit-raket kompleksi, 7437 tank və digər zirehli döyüş texnikası, 971 çoxsaylı buraxılışlı döyüş maşını raket sistemləri, 3783 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 7951 ədəd xüsusi təyinatlı hərbi maşın..
Xəbər lenti
0