SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İsrail Azərbaycana “ağıllı şəhərlər”in yaradılmasında əməkdaşlıq təklif edib - Corc Dik

© Sputnik / Murad Orujovağıllı şəhər
ağıllı şəhər
 - Sputnik Azərbaycan, 1920, 04.01.2023
Abunə olmaq
Səfir bildirib ki, bir İsrail şirkəti Zəngilan rayonunun Ağalı kəndində süd ferması tikib.
BAKI, 4 yanvar - Sputnik. “İsrail Azərbaycana işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhərlər”in yaradılması sahəsində əməkdaşlıq təklif edib”.
Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Report-a müsahibəsində deyib.
O söyləyib ki, İsrail əvvəllər öz şirkətlərinin Qarabağda infrastrukturun bərpası prosesində iştirak etməyə hazır olduğunu açıqlayıb və indi də bunu edir.
“Bir İsrail şirkəti Zəngilan rayonunun Ağalı kəndində süd ferması tikib. İştirak etdiyimiz və ya iştirak imkanlarını müzakirə etdiyimiz digər layihələr su idarəçiliyi, bərpa olunan enerji mənbələri və kənd təsərrüfatı ilə bağlıdır. Biz həmçinin “ağıllı şəhərlər” sahəsində əməkdaşlıq üçün bəzi imkanlar təqdim etmişik və cavab gözləyirik”, - səfir bildirib.
Xəbər lenti
0