Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Kadi "Qarabağ"ı tərk etdi

© Photo : Facebook / Qarabağ FK"Qarabağ"ın futbolçusu Kadi Borges
Qarabağın futbolçusu Kadi Borges - Sputnik Azərbaycan, 1920, 04.01.2023
Abunə olmaq
Kadi Borgesin transferi ilə bağlı Rusiyanın “Krasnodar” klubu ilə aparılan danışıqlar yekunlaşıb.
BAKI, 4 yanvar - Sputnik. Kadi Borges “Qarabağ”dan ayrılıb.
Bu barədə Ağdam təmsilçisi məlumat yayıb. Bildirilib ki, Kadi Borgesin transferi ilə bağlı Rusiyanın “Krasnodar” klubu ilə aparılan danışıqlar yekunlaşıb.
Danışıqların yekununa əsasən, futbolçu tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la rəsmi müqavilə imzalayacaq.
Hələlik keçidin detalları ilə bağlı hansısa bir açıqlama verilməyib.
Qeyd edək ki, Kadi 2021-ci ilin yayından “Qarabağ”da oynayırdı.
Kadi kimdir?
Kadi Luri Borges Malinovski 1996-cı ildə Braziliyanın Kuritiba şəhərində doğulub. Mövqeyi hücuma meyilli yarımüdafiəçidir.
Futbolçu karyerasına 2016-cı ildə Braziliyanın "Koritiba" klubunda başlayıb. Kadi "Koritiba"nın heyətində ilk ilində 3 dəfə meydana çıxıb.
2017-ci ildə futbolçu qısa müddətlik Braziliyanın başqa bir klubu olan "Londirina" klubuna icarəyə verilib. Kadi "Koritiba"nın heyətində ümumilikdə 31 oyunda meydana çıxıb 4 dəfə fərqlənib.
2019-cu ildə Kadinin Avropa macərası başlayır və futbolçu 2019/20 mövsumun əvvəlində Portuqaliyanın "Eştoril" klubuna keçir. "Eştoril"də qısa müddətdə 6 oyuna çıxıb bir qol vuran futbolçu, digər bir Portuqaliya klubu olan "Vilafranquense" klubuna keçir. Burada ilk mövsumdə cəmi 4 oyuna çıxaraq 2019/20 mövumunu orada bitirir. Kadinin "Vilafranquense"nin heyətində keçirdiyi ikinci mövsumundə, 29 oyunda meydana çıxır və 5 qol vurur.
11 iyun 2021-ci ildə, Ağdamın Qarabağ klubu Kadi Luri Borges Malinovkini transfer etdiyini elan edir. Futbolçu "Qarabağ"da 20 nömrəli forma ilə çıxışa başlayır.
Futbolçunun Qarabağın heyətində debütu, 26 iyun 2021 tarixində Keşlə klubu ilə olan yoldaşlıq oyununda baş tutur. Futbolçu bu yoldaşlıq oyununda Qarabağın heyətində ilk qolunuda vurur.
Kadinin Qarabağın heyətində rəsmi oyunda debütu isə, 22 iyul 2021-ci il tarixində UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Qarabağ — Aşdod" oyununda baş verir. Futbolçunun Qarabağın heyətində rəsmi oyunlarda ilk qolu isə, yenə UEFA Konfrans Liqasının oyunlarında, bu dəfə 3-cü təsnifat mərhələsində baş tutmuş "Qarabağ — AEL" oyununun 87-ci dəqiqəsində qeydə alınır.
Futbolçunun Azərbaycan çempionatında debütu 14 avqust 2021-ci il tarixində keçirilmiş Zirə — Qarabağ oyununda baş verir. Futbolçu çempionatda ilk qolunu isə 25 oktyanr 2021-ci ildə Səbail klubu ilə səfər oyununda vurur.
16 sentyabr 2021-ci ildə Qarabağın heyətində avrokubokların qrup oyunlarında debüt edir. Bu UEFA Konfrans Liqasının ilk turunda baş tutmuş Qarabağ — Bazel oyununda baş verir.
Konfrans Liqasında qrup mərhələsinin II tur oyunlarından sonra UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermə nəticəsində Kadi Borgesin Kiprdə "Omoniya"ya vurduğu ilk qol, turnirdə həftənin ən yaxşı qolu seçilir. Bu qol həm də Konfrans Liqasının 2021/22 mövsumundə qrup mərhələsində vurulan ən yaxşı qol adına namizəd olur.
30 dekabr 2022-ci ildə, mətbuatda "Qarabağ" və Rusiyanın "Krasnodar" klubları Kadi Borgesin transferi ilə bağlı razılıq əldə etmələri və futbolçunun 2023-cü il yanvar ayının 12-də Dubayda "Krasnodar"la rəsmi müqavilə imzalayacağı haqqında məlumat peyda olur.
Xəbər lenti
0