Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN Yaponiyaya xəbərdarlıq etdi

© AFP 2023 / ALEXANDER NEMENOVRusiya XİN
Rusiya XİN - Sputnik Azərbaycan, 1920, 03.01.2023
Abunə olmaq
Yaponiyanın ölkənin dinc inkişafından imtina etmək kursu Rusiya və Asiya-Sakit okean regionunun təhlükəsizliyi üçün ciddi problemdir.
BAKI, 3 yanvar - Sputnik. Moskva Tokiodan gələn hərbi təhdidlərin qarşısını alacaq. Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
Onun sözlərinə görə, Yaponiyanın ölkənin dinc inkişafından imtina etmək kursu Rusiya və Asiya-Sakit okean regionunun təhlükəsizliyi üçün ciddi problemdir.
Xüsusilə, o, Yaponiyanın Rusiya sərhədləri yaxınlığında qeyri-regional tərəfdaşların iştirakı ilə irimiqyaslı hərbi təlimlər keçirməsinə, müdafiə və təhlükəsizlik sahəsində doktrinal sənədlərin yenilənmiş variantının qəbul edilməsinə diqqət çəkib.
O, bildirib ki, Rusiya bu məsələ ilə bağlı öz mövqeyini mütəmadi olaraq ictimai məkanda, eləcə də diplomatik kanallar vasitəsilə səsləndirir. Rudenko xəbərdarlıq edib ki, Yaponiyanın hərbi fəaliyyətini davam etdirəcəyi təqdirdə Rusiya adekvat tədbirlər görməyə məcbur olacaq.
Xəbər lenti
0