DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ankara: Türkiyə və Suriya prezidentlərinin görüşünün təşkili müzakirə ediləcək

© AFP 2023 / LOUAI BESHARA Ərdoğan və Bəşər Əsəd, 11 oktyabr 2010-cu il
Ərdoğan və Bəşər Əsəd, 11 oktyabr 2010-cu il - Sputnik Azərbaycan, 1920, 02.01.2023
Abunə olmaq
Bunu jurnalistlərə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik deyib.
BAKI, 2 yanvar - Sputnik. Türkiyə hökuməti Suriya ilə münasibətlərin normallaşması kursundan razıdır. Hesab edirik ki, Ankara və Dəməşq nümayəndə heyətləri arasında danışıqların növbəti mərhələsində yüksək səviyyədə görüşün təşkili müzakirə olunacaq.
APA-nın məlumatına görə, bunu jurnalistlərə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik deyib.
“Biz hesab edirik ki, iki ölkə arasında körpü qurmağın vaxtı çatıb, siyasi dialoqun vaxtı çatıb. Gündəliyin növbəti məsələsi zirvə görüşünün keçirilməsinin mümkünlüyü olacaq. İndiyədək əldə olunan səviyyədən razıyıq” – deyə Çelik vurğulayıb.
 Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı - Sputnik Azərbaycan, 1920, 15.12.2022
DÜNYA XƏBƏRLƏRİ
Ərdoğan Putinə RF, Türkiyə və Suriya liderlərinin üçtərəfli görüşünü keçirməyi təklif edib
Xəbər lenti
0