DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran ordusu hərbi təlimlər keçirir

© Iranian Army via APİran ordusu
İran ordusu - Sputnik Azərbaycan, 1920, 01.01.2023
Abunə olmaq
“İran ordusunun “Zülfikar-1401” adlı hərbi təlimlərinin üçüncü günündə zenit-raket sistemlərindən hədəfin havaya buraxılması və məhv edilməsi sınaqdan keçirilib.
BAKI, 1 yanvar - Sputnik. İran ordusu bazar günü "Zülfiqar" təlimləri çərçivəsində zenit-raket komplekslərindən (SAM) hava hədəflərinin məhv edilməsini həyata keçirib.
Tasnim-in xəbərinə görə, təlimlər Hörmüz boğazında Hind okeanının şimal hissəsində şimal enliyinin 10-cu paralel xəttinə qədər keçirilir.
“İran ordusunun “Zülfikar-1401” adlı hərbi təlimlərinin üçüncü günündə zenit-raket sistemlərindən hədəfin havaya buraxılması və məhv edilməsi sınaqdan keçirilib”, - məlumatda deyilir.
Daha əvvəl təlimlərin komandanı admiral Əmir Siyari bildirib ki, təlimlər təcrübənin gənc nəslə ötürülməsi, eləcə də yeni silahların sınaqdan keçirilməsi, hərbi taktikaların işlənib hazırlanması, iştirak edən silahlı qüvvələrin koordinasiyasının artırılması, onların komandanlığı və nəzarət məqsədilə keçirilir.
Xəbər lenti
0