DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Keçmiş Papa XVI Benedikt vəfat edib - Vatikan

© AP Photo / Andrew MedichiniPapa XVI Benedikt
Papa XVI Benedikt  - Sputnik Azərbaycan, 1920, 31.12.2022
Abunə olmaq
Hazlrda Roma Papası Fransiskdir (Xorxe Mario Berqoqlio). O, 266-cı Papadır, bu ali dini vəzifəyə 2013-cü il martın 13-də seçilib.
BAKI, 31 dekabr - Sputnik. 2005-ci ilin aprelindən 2013-cü ilin fevralınadək Apostol taxt-tacının vəzifəsində çalışmış təqaüdçü Papa XVI Benedikt (dünyəvi adı Josef Alois Ratzinger) şənbə günü Vatikanda həyatının 96-cı ilində vəfat edib. Bu barədə RİA Novosti Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruniyə istinadən məlumat yayıb.
“Ağrı ilə sizə xəbər verirəm ki, Papa Fəxri XVI Benedikt bu gün səhər saat 9.34-də Vatikanın Mater Ekklesia monastırında vəfat edib”, - deyə Vatikanın rəsmi nümayəndəsi bildirib.
Xatırladaq ki, hazlrda Roma Papası Fransiskdir (Xorxe Mario Berqoqlio). O, 266-cı Papadır, bu ali dini vəzifəyə 2013-cü il martın 13-də seçilib.
Xəbər lenti
0