DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dardanel boğazından gəmilərin tranziti dayandırılıb

CC0 / berke berkin / DardanellesDardanel boğazı
Dardanel boğazı - Sputnik Azərbaycan, 1920, 30.12.2022
Abunə olmaq
Duman aradan qalxdıqda boğazın nəqliyyatın hərəkətinə açılması planlaşdırılır.
BAKI, 30 dekabr — Sputnik. Türkiyənin Dardanel (Çanaqqala) boğazından gəmilərin tranziti qatı duman səbəbindən dayandırılıb.
Bu barədə cümə günü Gəmilərin Hərəkətinə Nəzarət İdarəsi məlumat yayıb.
"Boğaza şimal və cənubdan girişlərdə yanaşan gəmilərin kapitanlarına duman və zəif görmə ilə əlaqədar tranzitin dayandırılması ilə bağlı xəbərdarlıq edilib", - deyə agentlik bildirib. Duman aradan qalxdıqda boğazın nəqliyyatın hərəkətinə açılması planlaşdırılır.
Bununla yanaşı, bərələrin hərəkəti fasiləsiz həyata keçirilir.
Xəbər lenti
0