Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Taekvondo üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

© Photo : AZƏRTACTaekvondo yarışları, arxiv şəkli
Taekvondo yarışları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.12.2022
Abunə olmaq
Azərbaycan olimpiadada yeganə medalı Parkın rəhbərliyi altında qazanıb. Taekvondoçular onun məşqçiliyi zamanı qitə çempionatı və Avropa Oyunlarında da mükafata yiyələniblər.
BAKI, 29 dekabr — Sputnik. Taekvondo üzrə qadınlardan ibarət Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi olub.
Federasiyadan verilən məlumata görə, yığma cənubi koreyalı Sun Mi Parka həvalə edilib.
2014-2017-ci illərdə də millinin "sükanı arxasında" olan təcrübəli mütəxəssisin qarşısına gələn il Bakıda keçiriləcək dünya çempionatında uğurlu çıxış, Paris-2024 Yay Olimpiya Oyunlarına maksimum lisenziya qazanmaq və olimpiadada yaxşı nəticə qazanmaq hədəfi qoyulub. O, həmçinin gənc qız taekvondoçuların inkişafına öz dəstəyini verəcək.
Azərbaycan olimpiadada yeganə medalı Parkın rəhbərliyi altında qazanıb. Taekvondoçular onun məşqçiliyi zamanı qitə çempionatı və Avropa Oyunlarında da mükafata yiyələniblər.
Qeyd edək ki, Sun Mi Park bu postda Səbuhi Zülfüqarovu əvəzləyib (Report).
Xəbər lenti
0