Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Astara-Rəşt dəmir yolunun tikintisini başa çatdırmaq üçün nə qədər vəsait lazımdır?

© Azerbaijan Railways CJSCDəmir yolu
Dəmir yolu - Sputnik Azərbaycan, 1920, 29.12.2022
Abunə olmaq
Xadəminin sözlərinə görə, texniki və mühəndislik işləri yekunlaşıb, layihədə iştirak etmək istəyini bildirən podratçılara məlumatlar göndərilib.
BAKI, 29 dekabr — Sputnik. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (ITC) bir hissəsi olan Astara-Rəşt dəmir yolu hissəsinin tikintisini başa çatdırmaq üçün İrana 800 milyon avro lazımdır. Bunu İranın Yollar və şəhərsalma nazirinin müavini Xeyrolla Xademi bildirib.
"Dəmir yolları sahəsində layihələr arasında əsas prioritet Astara-Rəşt dəmir yoludur. Bu layihəni başa çatdırmaq üçün bizə 800 milyon avro lazımdır", - İran KİV-i Xademiyə istinadən məlumat yayıb.
Xadəminin sözlərinə görə, texniki və mühəndislik işləri yekunlaşıb, layihədə iştirak etmək istəyini bildirən podratçılara məlumatlar göndərilib. Maliyyə dəstəyi tapılan kimi işlər başlaya bilər.
Nazir müavininin sözlərinə görə, İran yaxın həftələrdə Rusiya tərəfdən cavab alacağını gözləyir.
İran rəsmisi açıqlayıb ki, Tehran Moskvadan kredit və ya bu layihənin Rusiya özəl sektoru tərəfindən həyata keçirilməsi və istismarı şəklində vəsait almaq istəyir. Eyni zamanda, İran digər maliyyə mənbələrini nəzərdən keçirməyə hazırdır.
"Rusiya bizə hələ maliyyə təklifi etməyib. Rusiya yaxşı təklif etsə, biz onu qəbul edəcəyik, amma Rusiya heç nə təklif etməsə və ya bizim üçün qəbuledilməz bir şey təklif etsə, biz daxili imkanlardan istifadə edərək bu layihəyə başlayacağıq. "-nazir müavini qeyd edib.
"Rusiya mütəxəssisləri İran tərəfdən texniki sənədlər və araşdırmalar alıblar, texniki baxış keçiriblər. Hazırda İran tərəfi Moskvadan qiymətlər və işə başlamaq proseduru ilə bağlı məlumat gözləyir", - Xademi əlavə edib.
Astara-Rəşt dəmir yolu Sankt-Peterburqdan Mumbay limanına (Hindistan) uzanan multimodal marşrutu olan "Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsində uzunluğu 7,2 min kilometr olan hissəsidir. Süveyş kanalı vasitəsilə Avropanı, Fars körfəzi ölkələrini və Hind okeanını birləşdirən dəniz yoluna alternativdir. Nəqliyyat Dəhlizinin üç marşrutu var: Transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), Qərb və Şərq (yerüstü).
İran Astara-Rəşt dəmir yolunun tikintisi layihəsinə dair sazişi hələ 2005-ci ildə imzalayıb. Tikintinin aktiv mərhələsinə 2018-ci ildə başlayıb.
Xəbər lenti
0