Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

"ASAN müraciət" informasiya sisteminə qoşulan qurumların sayı 12-yə çatdırılıb

© Official website of President of Azerbaijan RepublicBakıda 6 saylı Asan xidmət mərkəzi
Bakıda 6 saylı Asan xidmət mərkəzi - Sputnik Azərbaycan, 1920, 29.12.2022
Abunə olmaq
Yeni əlavə olunan qurumlar Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətidir.
BAKI, 29 dekabr — Sputnik. "ASAN müraciət" informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların siyahısına daha iki qurumun adı əlavə edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov "ASAN müraciət" informasiya sistemi haqqında Əsasnamə"yə dəyişiklik edib.
Bununla da siyahıdakı qurumların sayı 12-yə çatıb.
Yeni əlavə edilən qurumlar aşağıdakılardır:
Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti.
Qeyd edək ki, "ASAN müraciət" informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların əvvəlki siyahısı belə idi:
1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
2. Yerli icra hakimiyyəti orqanları
3. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
4. Dənizkənarı Bulvar İdarəsi
5. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
6. "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti
7. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti
8. "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti
9. "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti
10. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi.
Xəbər lenti
0