CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Masallı rayon xəstəxanasının baş həkimi həbs edilib

© AFP 2023 / GEORGES GOBETxəstəxana
xəstəxana - Sputnik Azərbaycan, 1920, 28.12.2022
Abunə olmaq
Eşqin Əliyevin üzərində və xidməti otağında axtarış aparılan zaman iş üçün əhəmiyyət kəsb edə biləcək sübutlar aşkar edilərək götürülüb.
BAKI, 28 dekabr — Sputnik. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdikləri əməliyyat-axtarış fəaliyyəti çərçivəsində Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əliyev Eşqin Əlirza oğlu vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, əməliyyat tədbirləri ilə Eşqin Əliyevin cari il ərzində vətəndaşlara təqaüdün təyinatı, xəstəliklərə dair göndərişin elektron informasiya sisteminə yüklənməsi, eləcə də qeyd olunan tibb müəssisəsində şəxslərin işə qəbul edilməsi, ixtisasının dəyişdirilməsi müqabilində müxtəlif məbləğlərdə rüşvət almasına əsaslı şübhələr müəyyənləşdirilib.
Eşqin Əliyevin üzərində və xidməti otağında axtarış aparılan zaman iş üçün əhəmiyyət kəsb edə biləcək sübutlar aşkarlanaraq götürülüb.
Qeyd olunanlarla bağlı Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, toplanmış ilkin sübutlar əsasında Eşqin Əliyev həmin Məcəllənin 311.3.2-ci (təkrar rüşvət alma), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarına əsasən həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xəbər lenti
0