Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Nazir: Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol artıb

© Sputnik / Murad OrujovCeyhun Bayramov
Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 27.12.2022
Abunə olmaq
BAKI, 27 dekabr — Sputnik. Azərbaycan vətəndaşları beynəlxalq təşkilatların idarəedici qurumlarında rəhbər vəzifələrə seçiliblər. Bu sözləri 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Həmçinin Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol daha da artıb, - nazir əlavə edib.
"İyulun 18-də Aİ və Azərbaycan arasında strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bu baxımdan Azərbaycan mənbəli alternativ enerjinin Avropa bazarına çatdırılması, həmçinin qaz tədarükünün həcminin iki dəfə artılrılması ilə bağlı razılıqların əldə olunması önən kəsb edir. Xüsusi olaraq qeyd etmək istərdim ki, bununla bağlı Aİ tərəfindən ən azı iki milyard avro ayrılacağı bildirilib. Bununla bağlı Bakıda müvafiq qurumların görüşü baş tutub", - Bayramov bildirib.
Xarici işlər naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 27.12.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycan ilk növbədə sərhədyanı ölkələrlə əlaqələrin inkişafına önəm verir - Nazir
Xəbər lenti
0