DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan İsrailin Türkiyəyə uzanan əlini tutdu

© AFP 2023 / SPUTNIK / VYACHESLAV PROKOFYEVTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan, 1920, 27.12.2022
Abunə olmaq
İrit Lillian hərbi xidmət keçdiyi illərdə İsrail Silahlı Qüvvələrinin radiosuna rəhbərlik edib və Türkiyə səfirliyində çalışıb.
BAKI, 27 dekabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin yeni təyin olunmuş səfiri İrit Lillianı qəbul edib.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
İsrail səfiri etimadnaməsini Türkiyənin dövlət başçısına təqdim edib.
Qeyd edək ki, İrit Lillian bu ilin sentyabrında Türkiyəyə səfir təyin edilib. 1986-cı ildən diplomatik fəaliyyətə başlayan İrit Lillian 2019-cu ildən İsrailin Türkiyədəki səfirliyində müvəqqəti işlər vəkili vəzifəsində çalışırdı. O, hərbi xidmət keçdiyi illərdə İsrail Silahlı Qüvvələrinin radiosuna rəhbərlik edib. İsrail universitetlərində bakalavr və magistr üzrə təhsil alıb.
Xatırladaq ki, on beş illik fasilədən sonra İsrail Prezidenti İshaq Hersoq cari il martın 9-da Türkiyəyə ikigünlük səfərə gəlib. Bu, Türkiyə-İsrail münasibətlərinin normallaşması istiqamətində atılan ən mühüm siyasi və diplomatik addımdır. Səfərdən sonra bütün sahələr üzrə geniş potensiala malik olan iki ölkə arasında münasibətlərin inkişafı qarşılıqlı faydalı vədlərlə xarakterizə olunub. Sonrakı aylarda normallaşma prosesi fasiləsiz və davamlı xarakter daşıyıb.
İsrail səfirinin etimadnaməsinin Türkiyə prezidenti tərəfindən qəbul edilməsi Təl-Əvivdə yüksək əhval-ruhiyyə ilə qarşılanıb. İsrail mediası bunu "Ərdoğanın İsrailin Türkiyəyə uzanan əlini tutması" kimi xarakterizə edib.
Xəbər lenti
0