Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Rus dili MDB dövlətlərini bir yerdə saxlayan güclü birləşdirici qüvvədir

© Sputnik / Михаил МетцельПрезидент РФ Владимир Путин
Президент РФ Владимир Путин - Sputnik Azərbaycan, 1920, 26.12.2022
Abunə olmaq
Rusiya prezidenti MDB çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinin ölkələrimizin xalqlarının fundamental maraqlarına cavab verdiyinə əmindir.
BAKI, 26 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin rus dilini MDB dövlətlərini bir yerdə saxlayan güclü birləşdirici qüvvə adlandırıb.
"Xalqlarımızı həqiqətən çox şey birləşdirir: ortaq tarix, mənəvi köklər, mədəniyyətlərin və adətlərin, dəyərlərin və ənənələrin dərindən qaynayıb-qarışması. Və əlbəttə ki, bizim çoxmillətli dövlətimiz üçün güclü birləşdirici qüvvə olan rus dili", - Putin MDB liderlərinin qeyri-rəsmi sammitində deyib.
O xatırladıb ki, sammitlərin birində 2023-cü ildə Birlik ölkələrində Rus dili ilinin keçirilməsi qərara alınıb.
MDB çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi
Rusiya Federasiyasının Prezidenti qeyd edib ki, MDB çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi ölkələrin fundamental maraqlarına və təhlükəsizliyin yaxşılaşdırılmasına cavab verir.
Putin MDB çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinin ölkələrimizin xalqlarının fundamental maraqlarına cavab verdiyinə, Birlik dövlətlərinin sosial-iqtisadi inkişafı problemlərinin daha səmərəli həllinə, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edəcəyinə əminliyini ifadə edib.
Artan Təhdidlər və Çağırışlar
Rusiya prezidenti bildirib ki, təhlükələr və çağırışlar artır, MDB üzvləri arasında da fikir ayrılıqları yaranır, lakin onları həll etmək istəyi var.
"Təəssüf ki, bu sahədə ilk növbədə kənardan gələn çağırışlar və təhdidlər ildən-ilə artır. Biz etiraf etməliyik ki, Birliyə üzv dövlətlər arasında da fikir ayrılıqları yaranır. Lakin əsas odur ki, biz buna hazırıq, əməkdaşlıq edəcəyik. Hər hansı problemli məsələ ortaya çıxsa belə, biz onları özümüz həll etməyə çalışırıq - birlikdə, birgə, bir-birimizə yoldaşcasına yardım və vasitəçilik fəaliyyəti göstərək", - Putin əlavə edib.
Президент РФ Владимир Путин  - Sputnik Azərbaycan, 1920, 26.12.2022
RUSİYA
MDB-də fikir ayrılıqları olsa da, əməkdaşlığa hazırıq - Putin
Xəbər lenti
0