DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Papa Milad günü müharibələrə və aclığa son qoymağa çağırıb

© AP Photo / John LocherRoma Papası Fransisk
Roma Papası Fransisk - Sputnik Azərbaycan, 1920, 25.12.2022
Abunə olmaq
Pontifik “hər gün çoxlu yeməklərin boş yerə xərcləndiyi və resursların silaha xərcləndiyi halda aclıqdan əziyyət çəkən insanları, xüsusən də uşaqları düşünməyi” təklif edib.
BAKI, 25 dekabr - Sputnik. Roma Papası Fransisk Miladla bağlı müraciətində Urbi et Orbi (lat. "Şəhərə və dünyaya") xeyir-duasında müxtəlif bölgələrdə sülhün çatışmazlığınıdan danışıb.
Bazar günü pontifik Vatikanda Müqəddəs Pyotr Bazilikasının qarşısındakı meydanı dolduran bütün möminlərə və minlərlə tamaşaçıya xoş Milad bayramı arzulayıb.
Papa deyib ki, “Məsihin məsum simasında biz dünyanın hər yerində sülhə can atan uşaqların üzünü tanıyırıq”.
Dini rəhbər onu da qeyd edib ki, İsa “düşmənçilik və müharibənin qaranlığı ilə sıxışdırılan qapalı dünyadan qardaşlıq və sülh içində yaşamaq üçün azad açıq dünyaya keçidi” açıb.
"Gəlin bu yolla gedək", - deyə pontifik çağırış edib.
Müxtəlif regionlarda və “Üçüncü Dünya Müharibəsi teatrları”nda “kəskin sülhün olmaması”ndan danışan pontifik Suriya, Müqəddəs Torpaqlar, İran, Myanma, Haiti və Yəmənin adını çəkib.
"Biz ağrı ilə qeyd etməliyik ki, müharibənin buzlu küləkləri bəşəriyyətin üzərinə əsməkdə davam edir", - deyə Papa Berqoglio deyib.
Katoliklərin Milad süfrəsi arxasında toplaşmasının adət olduğu bir gündə o, “hər gün çoxlu yeməklərin boş yerə xərcləndiyi və resursların silaha xərcləndiyi halda aclıqdan əziyyət çəkən insanları, xüsusən də uşaqları düşünməyi” təklif edib.
Papa Fransisk əlavə edib ki, hər bir müharibə qıtlığa səbəb olur və hər bir müharibədə ərzaqdan silah kimi istifadə edlir ki, bu da onun onsuz da əziyyət çəkən əhaliyə paylanmasının qarşısını alır.
Roma Papası qeyd edib ki, Ukraynadakı vəziyyət vəziyyəti daha da gərginləşdirib, “bütün ölkələrin əhalisini, xüsusən Əfqanıstan və Afrikada aclıq təhlükəsi ilə üzləşib”.
Bununla bağlı Papa iqtisadi böhran səbəbindən çətinlik çəkən və həyat üçün lazım olanlara sahib olmayan ailələri də unutmamağa çağırıb.
Eyni şey, onun təbirincə desək, “biganəlik xəstəsi dünyada” qaçqınlara, tənha insanlara, yetimlərə və qocalara qayğı göstərmək üçün də keçərlidir. Sonda pontifik toplaşanların və Milad xəbərinə tabe olanların günahlarını bağışladı və hamını Məsihə tabe olmağa çağırıb.
Xatırladaq ki, Roma Papası Fransisk dəfələrlə Ukraynada baş verənləri “dəlilik” və “dünya müharibəsi” adlandıraraq, onu dayandırmağa çağırıb. Müqəddəs Taxt-Tac münaqişənin həlli üçün danışıqlarda vasitəçilik etmək arzusunu ifadə edib.
Xəbər lenti
0