Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

KTMT-yə yeni ölkələr daxil olacaq?

© AFP 2023 / KTMT
KTMT - Sputnik Azərbaycan, 1920, 20.12.2022
Abunə olmaq
KTMT-nin baş katibi Stanislav Zas yeni üzvlərin qəbulu məsələsinin müzakirə olunub-olunmadığına aydınlıq gətirib.
BAKI, 20 dekabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yeni üzvlərin qəbulu məsələsi müzakirə olunmur.
Bunu KTMT-nin baş katibi Stanislav Zas "RİA Novosti"yə bildirib.
O qeyd edib ki, təşkilatın genişləndirilməsi istiqamətində atılan addımlar onun effektivliyinin gücləndirilməsinə və ümumi təhlükəsizliyin möhkəmlənməsinə töhfə verməlidir.
"Kəmiyyət üçün deyil, keyfiyyət üçün işləmək lazımdır", - deyə Zas vurğulayıb.
Qeyd edək ki, KTMT-yə altı dövlət - Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan və Tacikistan daxildir.
Визит главы МИД РФ С. Лаврова в Таджикистан - Sputnik Azərbaycan, 1920, 20.12.2022
RUSİYA
Laçın dəhlizi KTMT-nin məsuliyyət dairəsindən kənardadır - Zas
Xəbər lenti
0