Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

DYP yol hərəkət iştirakçılarına xəbərdarlıq edib

© Sputnik / Leyla AbdullayevaСотрудник дорожной полиции, фото из архива
Сотрудник дорожной полиции, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.12.2022
Abunə olmaq
Piyadalar da dumanlı hava şəraitində özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamalı, belə havalarda yola çıxarkən daha məsuliyyətli olmalıdırlar.
BAKI, 20 dekabr — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi avtomobil yollarındakı mövcud vəziyyətlə bağlı hərəkət iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
"Respublika ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə bağlı hazırda ölkənin avtomobil yollarında, o cümlədən Muğanlı-İsmayıllı yolunun 40-cı kilometrliyində, Qaraməryəm-İsmayıllı-Şəki yolunun 28-62, 78-94 və 93-152-ci kilometrliklərində dumanlı və yağışlı, həmçinin Yevlax-Zaqatala-Gürcüstan yolunun 13-157- ci və Şəki-Qax yolunun 3-30-cu kilometrliklərində dumanlı hava müşahidə edilir.
Yolda məhdudiyyətli görünmə nişanların, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı üçün sürücülər belə havalarda daha da diqqətli olmalı, sürət həddini hava şəraitinə uyğun seçməli, nəqliyyat vasitəsinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmalı, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməli, xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidir.
Eyni zamanda, piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamalı, belə havalarda yola çıxarkən daha məsuliyyətli olmalıdırlar".
Xəbər lenti
0