CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN Gəncədə 3 oğlu ilə birlikdə itkin düşən ana barədə məlumat yayıb

© Sputnik / Murad OrujovЖенщина с ребенком в маске в Баку, фото из архива
Женщина с ребенком в маске в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.12.2022
Abunə olmaq
İtkin düşən şəxs izahatında yaşadığı evi özü tərk etdiyini bildirib və sonuncunun ailəsinə də məlumat verilib. Hazırda həmin şəxslər barəsində axtarış işi dayandırılıb .
BAKI, 20 dekabr — Sputnik. Dekabr ayının 18-də Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə Gülnar Mehdiyeva və övladlarının itkin düşməsi ilə bağlı məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.
Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində həmin şəxslərin yeri müəyyən olunub: "Gülnar Mehdiyeva izahatında yaşadığı evi özü tərk etdiyini bildirib və sonuncunun ailəsinə də məlumat verilib. Hazırda həmin şəxslər barəsində axtarış işi dayandırılıb".
Qeyd edək ki, Gəncədə ana 3 övladı ilə birlikdə itkin düşmüşdü. Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Gülnar Mehdiyeva övladları - 2007-ci il təvəllüdlü Rauf Mehdiyev, 2014-cü il təvəllüdlü Ayxan Mehdiyev və 2011-ci il təvəllüdlü Ümid Mehdiyevlə birgə yaşadıqları evdən çıxaraq naməlum istiqamətə getmişdilər.
Xəbər lenti
0