Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Belarus birlikdə sanksiyaların təsirinə qarşı dura bildilər - Lukaşenko

© Sputnik / POOL / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko
Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko - Sputnik Azərbaycan, 1920, 19.12.2022
Abunə olmaq
Prezidentin sözlərinə görə, Belarus-Rusiya əlaqələrinin möhkəmlənməsi hər iki ölkənin daim güc sınağından keçirildiyi dünyada dəyişən vəziyyətə təbii cavab olub.
BAKI, 19 dekabr - Sputnik. Birgə addımlar sayəsində Minsk və Moskva Qərb sanksiyalarının mümkün mənfi nəticələrinin qarşısını ala bilib. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib.
Bu gün Rusiya Prezidenti Vladimir Putin Minskə işgüzar səfərə gəlib. Səfər proqramına Rusiya və Belarus liderləri arasında dar və geniş tərkibdə - iki ölkənin hökumət üzvlərinin, nazirlik və idarə rəhbərlərinin iştirakı ilə - tərkibdə danışıqlar daxildir.

“Birgə addımlar sayəsində biz ümumilikdə sanksiyalar təzyiqinin mümkün mənfi təsirlərini aradan qaldıra bildik. Belarus və Rusiyadan olan mütəxəssislər müttəfiq proqramlar üzrə yaxşı iş görüblər. Demək olar ki, bütün istiqamətlərdə müəyyən irəliləyişlər var, - deyə Lukaşenko bildirib.

Eyni zamanda, Belarus lideri qeyd edib ki, hələ hər şey alınmayıb, bu, iki ölkənin inkişafına mane olur.
“Bir sıra həssas məsələlərdə hökumətlər danışıqlar imkanlarını tükəndiriblər. Tərəflərin mövqeləri formalaşdırılıb və bu gün onlar yenidən geniş tərkibdə müzakirə olunacaq”, - deyə Lukaşenko vurğulayıb.
Onun sözlərinə görə, Belarus-Rusiya əlaqələrinin möhkəmlənməsi hər iki ölkənin daim sınaqdan keçirildiyi və güc sınağından keçdiyi dünyada dəyişən vəziyyətə təbii cavab olub.
“Dövlətlərimizin daha sıx inteqrasiyası ilə bağlı taleyüklü qərar bütün dünyaya bir daha nümayiş etdirir ki, istənilən pandemiya, böhran və ya sanksiyaların öhdəsindən yalnız birlikdə çıxmaq olar”, - Belarus lideri əlavə edib.
Onun sözlərinə görə, Minsk və Moskva Avropa ilə dialoqa açıqdır və ümidvar olduqlarını bildiriblər ki, tezliklə Avropa ölkələri ilə təhlükəsizlik və gələcək dünya nizamı məsələlərinin konstruktiv müzakirəsinə keçmək mümkün olacaq.
O, həmçinin qeyd edib ki, çətin dövr Rusiya və Belarusdan siyasi iradə tələb edir və nəticəni hədəfləyir.
“Heç bir halda Sovet İttifaqının dağılmasından sonra edilən səhvləri təkrarlamamalıyıq. Ona görə də bizim qeyd-şərtsiz prioritetimiz əhalinin rifahının asılı olduğu həssas iqtisadi məsələlərin həlli və son nəticədə ictimai-siyasi sahədə aparılan islahatlarımızın dəstəklənməsidir”, - deyə Belarus lideri vurğulayıb.
Xəbər lenti
0