Церемония Открытия чемпионата мира по футболу 2022 в Катаре - Sputnik Azərbaycan, 1920
DÇ-2022
Qətərdə keçirilmiş futbol üzrə dünya çempionatı

Ərdoğan DÇ-2022-nin final matçını izləmək üçün Qətərə gedəcək

© AP Photo / Manu FernandezTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.12.2022
Abunə olmaq
Türkiyə lideri Qətər əmirinin dəvəti ilə dekabrın 18-də Dünya Çempionatının bağlanış mərasimində iştirak etmək üçün Dohaya səfər edəcək.
BAKI, 17 dekabr - Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Dünya çempionatı-2022-nin bağlanış mərasimində iştirak edəcəyi gözlənilir.

"Anadolu" bu barədə Türkiyə liderinin administrasiyasıan istinadən məlumat yayıb.
"Prezidentimiz Qətər əmirinin dəvəti ilə dekabrın 18-də Dünya Çempionatının bağlanış mərasimində iştirak etmək üçün Dohaya səfər edəcək", - məlumatda deyilir.

Türkiyə lideri mundialın açılış mərasimində də iştirak edib.
Xatırladaq ki, bu gün Dünya Çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyun keçirilib.
Oyunun qalibi 2:1 hesablı qələbə ilə Avropa təmsilçisi olub.
Beləliklə, Xorvatiya seçməsi tarixində ikinci dəfə mundialın bürünc medalına sahib çıxıb.
DÇ-2022-nin finalında Argentina və Fransa yığmaları üz-üzə gələcəklər. Dekabrın 18-də oynanılacaq matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Xəbər lenti
0