CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə əcnəbilərə iş icazəsi üçün ayrılan kvota sayı açıqlanıb

© AFP 2023 / TIMOTHY A. CLARYofis
ofis - Sputnik Azərbaycan, 1920, 16.12.2022
Abunə olmaq
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi bildirir ki, bu il ərzində Avropa ölkələrindən təxminən 350 nəfər Azərbaycana readmissiya olunub. O qeyd edib ki, təxminən 2150 civarında şəxsin isə readmissiyası nəzərdə tutulub.
BAKI, 16 dekabr — Sputnik. Bu il ölkədə əcnəbilərə iş icazəsi üçün ayrılan kvota sayı açıqlanıb. Bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, kvota sayı 6740-dır. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən əcnəbi sahibkarlara isə kvota tətbiq olunmayacaq.
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi bildirir ki, bu il ərzində Avropa ölkələrindən təxminən 350 nəfər Azərbaycana readmissiya olunub. O qeyd edib ki, təxminən 2150 civarında şəxsin isə readmissiyası nəzərdə tutulub:
"Ən çox readmissiya Almaniya Federativ Respublikasındandır. Hazırda ölkəmizdə 167 min əcnəbi yaşayır. Bunların içərisində qonşu ölkələrin - Rusiya, Gürcüstan, İran, Türkiyə və Ukrayna vətəndaşları üstünlük təşkil edir".
Vüsal Hüseynov onu da bildirib ki, keçən illə müqayisədə qanunsuz miqrasiya hallarına qarşı tətbiq olunan inzibati qərarların sayı 2 dəfə artıb.
O qeyd edib ki, bəzən turizm məqsədilə ölkəmizə gələn miqrantlar qanunsuz fəaliyyətlə məşğul olurlar. Lakin onlar dövlət orqanları tərəfindən müəyyən edilir və lazımi addımlar atılır.
Xəbər lenti
0