Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev Bəhreyn Kralına təbrik məktubu göndərib

© AFP 2023 / OLIVER BUNICİlham Əliyev, arxiv şəkli
İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.12.2022
Abunə olmaq
Prezidenti İlham Əliyev Bəhreyn Krallığının milli bayramı münasibətilə Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu göndərib.
BAKI, 16 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Əlahəzrət,
Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı yetirirəm.
İnanıram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Bəhreyn xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Xəbər lenti
0