SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

II Üçtərəfli Zirvə Görüşü Azərbaycanda keçiriləcək

© Sputnik / Murad OrujovBakı şəhərinin mənzərəsi, arxiv şəkli
Bakı şəhərinin mənzərəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.12.2022
Abunə olmaq
Azərbaycan, Türkiyə, Türkmənistan I Üçtərəfli Zirvə Görüşünün yekunlarına dair sənəddə bildirilib ki, həmin ölkələrin Dövlət Başçılarının II Üçtərəfli Zirvə Görüşü Azərbaycanda keçiriləcək.
BAKI, 16 dekabr — Sputnik. Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının II Üçtərəfli Zirvə Görüşü Azərbaycanda keçiriləcək. Bu barədə Azərbaycan, Türkiyə, Türkmənistan I Üçtərəfli Zirvə Görüşünün yekunlarına dair sənəddə bildirilib.
Qeyd edək ki, Birinci Üçtərəfli Zirvə Görüşü Türkmənbaşı şəhərində keçirilib. Görüşdə hər üç ölkənin liderləri iştirak edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Silivri Yeraltı Təbii Qaz Anbarı Təsisatının açılışı zamanı Türkmənistandan təbii qaz və enerji nəqli üçün fəaliyyətlərin başladığını söyləyib.
Ərdoğan bildirib ki, bu təsisat ölkənin ən böyük tələbatı olduğu halda Türkiyənin bütün təbii qaz ehtiyacının dörddə birini qarşılayacaq gücdədir:
"Bu gün Avropanın ən böyük qaz anbarı açılır. Türkiyə, Azərbaycan, Türkmənistan olaraq qərarlığımızı ortaya qoyduq".
Xəbər lenti
0