Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

BEN bir addım yaxınlaşacaq: Azərbaycan "Yaşıl hidrogen" haqqında saziş imzalayıb

© AFP 2023 / LOIC VENANCEGünəş panelləri, arxiv şəkli
Günəş panelləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.12.2022
Abunə olmaq
Sənəd bərpa olunan enerji mənbələrindən (BEN) elektrik enerjisinin istehsalı üzrə ümumi quraşdırılmış gücü 12 QVt-a qədər olan layihələrin tədqiqi və həyata keçirilməsini nəzərdə tutur.
BAKI, 16 dekabr — Sputnik. Azərbaycanın Energetika Nazirliyi və Avstraliyanın "Fortescue Future Industries" (FFI) şirkəti arasında bərpa olunan enerji mənbələri (BEN) və "yaşıl hidrogen" potensialının inkişafı sahəsində layihələr üzrə əməkdaşlıq haqqında çərçivə sazişi imzalanıb.
Sənəd bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı və "yaşıl hidrogen" sahəsində texnologiyaların inkişafı üzrə ümumi quraşdırılmış gücü 12 QVt-dək olan layihələrin tədqiqi və həyata keçirilməsini nəzərdə tutur.
Sazişin imzalanması mərasimində çıxış edən energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, bu sənədin strateji əsasını Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafının milli prioritetləri təşkil edir.
"Bu ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tərəfindən imzalanmış və Azərbaycan ilə Aİ arasında "yaşıl enerji" dəhlizinin inkişafı üçün zəmin yaradan anlaşma memorandumunu xüsusilə qeyd etmək lazımdır", - deyə Şahbazov bildirib.
Nazir onu da qeyd edib ki, son vaxtlar Azərbaycan beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq edərək bərpa olunan enerji sahəsində genişmiqyaslı istehsal güclərinin yaradılması və "yaşıl enerjinin" ixracı istiqamətində mühüm addımlar atır.
Xəbər lenti
0